"Neft ucuzlaşsa da, büdcənin icrasına ciddi risk yaratmır"
"Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır".
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili əmtəə birjalarında "qara qızıl"ın ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxılması ehtimalına münasibət bildirərkən deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Beynəlxalq analitiklərin proqnozlarına görə, ABŞ prezidenti Donald Tramp gömrük tariflərini azaltsa, dünya iqtisadiyyatı resessiyadan yan keçəcək və bu il neftin 1 barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, əks təqdirdə isə qiymət 50 ABŞ dollarına düşəcək. Azərbaycanda neftin büdcə qiyməti baza ssenari üzrə 70 ABŞ dolları olsa da, Maliyyə Nazirliyi pessimist ssenari, yəni qiymətin 60 ABŞ dollarına düşməsinin təsiri ilə bağlı da proqnoz verib. Qiymətin 10 ABŞ dolları aşağı düşməsi dövlət büdcəsinin gəlirlərini 0,8 % və yaxud 340 milyon manat, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini isə 14,5 % və yaxud 2,1 milyard manat azalda bilər. Bu ilin I rübündə isə dövlət büdcəsində 1,6 milyard manatdan çox profisit olub. Odur ki, büdcənin icrası ilə bağlı ciddi risk görünmür. Üstəlik, ölkənin böyük valyuta ehtyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, aprelin 4-dən əmtəə birjalarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli büdcədə nəzərdə tutulan həddən aşağı satılır. Artıq qiymət 68 ABŞ dollarından aşağı düşüb.Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?