Neftin yaxın iki ildə 10 dollar ucuzlaşacağı proqnozlaşdırılır
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Bu barədə "ING Group"un may ayı üzrə proqnozunda bildirilir.
Belə ki, "ING Group" 2024-cü il üzrə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 86 ABŞ dollarından 85 dollaradək endirib.
Proqnoza əsasən, 2025-ci ildə "Brent" neftinin orta qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur (proqnoz dəyişməyib).
Bundan başqa "ING Group" "Brent"in 2026-cı il üçün proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 75 dollar səviyyəsində olacağı ehtimal olunur.
Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə "Brent" markalı neftinin orta qiyməti 82 dollar təşkil edib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?