NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına - LAYİQ GÖRÜLÜBMüxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib.
  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu mükafatla biznes strategiyası ilə uzlaşdırılmış və şirkət miqyasında həyata keçirilən istedadların inkişafı təşəbbüsləri vasitəsilə yüksək nəticələr göstərən təşkilatlar təltif edilir.
Bu tanınma NEQSOL Holding-in müxtəlif biznes istiqamətlərində davamlı öyrənmə və liderlik inkişafı mədəniyyətinin formalaşdırılmasına sadiqliyini bir daha təsdiqləyir. Şirkət üçün insan kapitalının inkişafı uzunmüddətli biznes uğurunun əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına - LAYİQ GÖRÜLÜBBu strategiyanın əsas elementlərindən biri qrupun strukturlaşdırılmış liderlik inkişafı ekosistemidir. Buraya Succession Readiness Program, Leadership Journey Program və Leadership Excellence & Acceleration Program (LEAP) daxildir. Bu proqramlar liderlik bacarıqlarını gücləndirməyə və təşkilatda idarəetmə davamlılığını təmin etməyə yönəlib. Korporativ idarəetmə çərçivəsində isə yüksək rəhbərliyin performans göstəricilərinin 10 faizi varislik planlaşdırılması və liderlik inkişafı nəticələri ilə əlaqələndirilib, bu da rəhbərliyin istedadların inkişafına görə məsuliyyətini daha da gücləndirir.
"NEQSOL Holding-də inanırıq ki, davamlı biznes nəticələri yalnız o halda mümkündür ki, təşkilatlar öz insanlarına sistemli və strateji şəkildə investisiya etsin," – deyə NEQSOL Holding Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə bildirib. "Bu tanınma göstərir ki, liderlik inkişafı, rəqəmsal öyrənmə və istedadların inkişafına yönəlmiş inteqrasiya olunmuş yanaşmamız bizneslərimizi gücləndirməyə və əməkdaşlarımızı gələcəyin çağırışlarına hazırlamağa kömək edir."
Bu ekosistemi dəstəkləyən əsas platformalardan biri NEQSOL Academy-dir. Bu, şirkətin dünya üzrə əməkdaşları üçün nəzərdə tutulmuş rəqəmsal öyrənmə və qarşılıqlı əlaqə platformasıdır. Platforma süni intellekt əsaslı, fərdiləşdirilmiş və çoxdilli öyrənmə trayektoriyaları təqdim edir və bunlar mentorluq, kouçinq, daxili sertifikatlaşdırma və layihə əsaslı öyrənmə ilə dəstəklənir.
Daxili proqramlarla yanaşı, holdinq fəaliyyət göstərdiyi ölkələrdə gələcək istedadların inkişafına da investisiya edir. Qwasar Silicon Valley ilə tərəfdaşlıq çərçivəsində yaradılmış Peerstack Academy layihə əsaslı yanaşma ilə full-stack proqramlaşdırma və rəqəmsal bacarıqlar üzrə təlimlər təqdim edir. PARLA Təqaüd və İnkişaf Proqramı isə əsasən STEM və biznes sahələrində karyera qurmaq istəyən tələbə qızlara təqaüdlər, mentorluq, təcrübə proqramları və peşəkar inkişaf imkanları ilə dəstəkləyir.
"NEQSOL Holding-də istedadların inkişafı birdəfəlik təşəbbüs deyil. Bu, əməkdaşlarımıza yönəlmiş davamlı öhdəlikdir," deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. "Məlumatlara əsaslanan yanaşmanı, qabaqcıl öyrənmə texnologiyalarını və aparıcı beynəlxalq institutlarla tərəfdaşlıqları birləşdirərək, əməkdaşlarımızın gələcəyə hazır olmasını təmin edir və eyni zamanda biznes nəticələrinə birbaşa töhfə veririk."
"Bu tanınma korporativ Akademiya komandamızın peşəkarlığının və fədakarlığının göstəricisidir," – deyə NEQSOL Holding-də Təlim və inkişaf üzrə Rəhbər Dilara Cəfərli bildirib. "Bizim məqsədimiz liderlik bacarıqlarını gücləndirən, rəqəmsal transformasiyanı dəstəkləyən və təşkilatımızın uzunmüddətli dayanıqlığını artıran öyrənmə mühiti yaratmaqdır."
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən və 20.000-dən çox əməkdaşı olan beynəlxalq şirkətlər qrupudur.
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına - LAYİQ GÖRÜLÜB/ fed.az

Biznes     Tarix: 12 mart 2026

Oxşar xəbərlər

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu