NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülübNEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramına görə iki kateqoriya üzrə nüfuzlu beynəlxalq 2025 Stevie® Awards for Great Employers mükafatına layiq görülüb. Ümumilikdə, NEQSOL Holding "Genişləndirilmiş korporativ təhsil proqramlarında nailiyyət" kateqoriyasında Qızıl, "Müxtəliflik və inklüzivlik sahəsində nailiyyət" kateqoriyasında isə Gümüş mükafat qazanıb.
Dünyada biznes sahəsində ən nüfuzlu mükafatlardan biri kimi tanınan Stevie® Awards, innovativ və məqsədyönlü təşəbbüslər vasitəsilə əhəmiyyətli töhfə verən təşkilatların nailiyyətlərini qiymətləndirir. PARLA proqramının ikiqat qələbəsi NEQSOL Holding‑i imkanların genişləndirilməsi, inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə sadiq aparıcı beynəlxalq şirkətlər sırasına daxil edir.
"PARLA proqramının ikiqat tanınması bizim üçün həm şərəf, həm də ilham mənbəyidir", deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib. "Bu nailiyyət təhsilin və inklüzivliyin dəyişdirici gücünə olan dərin inamımızı əks etdirir. PARLA sadəcə bir proqram deyil – bu özünə inamlı, peşəkar liderlərin yeni nəslini formalaşdırmaq və gənc xanımların tam potensiallarını gerçəkləşdirmələrinə şərait yaratmaq öhdəliyidir".
NEQSOL Holding-in Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi PARLA proqramı tələbə qızlara təqaüd, karyera inkişafı, liderlik təlimləri və mentorluq proqramları vasitəsilə dəstək göstərir. Proqram gənc xanımlara icmalarında və peşəkar sahələrində inkişafın aparıcı qüvvəsinə çevrilmələri üçün zəruri bilik, bacarıq və özünə inam qazandıraraq, onların potensialını tam reallaşdırmalarına şərait yaradır.
Stevie® Awards mükafatında iştirak üçün təqdim olunan müraciətlər dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu rəhbərlər, sahibkarlar, yenilikçilər və biznes təlimçilərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il münsiflər heyəti PARLA proqramını ölçülə bilən təsiri, inklüziv yanaşması və uzunmüddətli baxışı üçün yüksək qiymətləndirib:
"Görkəmli nailiyyət, heç bir şərhə ehtiyac yoxdur! Bu proqram bütün dünyada tanınmağa layiqdir."
"Bu təşəbbüslər yalnız inklüzivliyi gücləndirmir, həm də qadınlara öz məqsədlərinə çatmaq üçün geniş imkanlar yaradır."
"Güclü müraciət, nəzərəçarpan nailiyyətlər... Əla iş!"
"Bu mükafatlar bir daha göstərir ki, insanlara, təhsilə və liderliyə sadiqliyimiz şirkət daxilində real nəticələr verməklə yanaşı, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir," deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. "Tərəfdaşlarımıza və beynəlxalq münsiflər heyətinə missiyamıza göstərdikləri inam və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk."
NEQSOL Holding qlobal miqyasda mövqelərini gücləndirməyə davam etdikcə, PARLA kimi proqramları onun sosial məsuliyyətə, imkanların genişləndirilməsinə, innovasiyalara və inklüziv inkişafa sadiqliyini nümayiş etdirir.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. / fed.az

Biznes     Tarix: 01 avqust 2025

Oxşar xəbərlər

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin