"NEQSOL Holding" yeni təyinatlarla korporativ idarəetməni - DAHA DA GÜCLƏNDİRİR

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən inkişafını davam etdirir. Qrupun hazırda 9 ölkədə aktivləri və əməliyyatları, eləcə də Bakı, Amsterdam və Kiyevdə 3 regional ofisi var.
FED.az xəbər verir ki, korporativ strategiyanın bir hissəsi olaraq, regional korporativ idarəetmənin gücləndirilməsi və Biznesin davamlılığının təmin edilməsi Holdinqin diqqət mərkəzindədir. Liderlərin ardıcıllığı planlarına əsasən, Qrup regional ofislərə və direktorlar şuralarına yeni təyinatlar elan edib.
İmran Əhmədzadə NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilib. O, həmçinin NEQSOL Holding-də Qrup üzrə Baş Maliyyə Direktoru kimi hazırkı rolunu və Holdinqin tərkibindəki şirkətlərin direktorlar şuralarında fəaliyyətini davam etdirəcək.
İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 18 illik böyük təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun Müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunmuşdur. Harvard Biznes Məktəbinin məzunudur.
NEQSOL Holding həmçinin Bakcell şirkətində Direktorlar Şurasının Sədri vəzifəsinə əlavə olaraq Vasil Latsaniçin Vodafone Ukrayna şirkətinin Direktorlar Şurasının Sədri təyin olunduğunu elan edir.
Vasil Latsaniç Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda telekommunikasiya sənayesində 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. London Biznes Məktəbinin məzunudur.
Yusif Cabbarov NEQSOL Holding-in Baş Direktoru vəzifəsində fəaliyyətini davam etdirərək holdinqin Avropa, Asiya və Şimali Amerikada bütün fəaliyyətinə nəzarət edəcək. Bu təyinatları şərh edən Yusif Cabbarov deyib:
"Regional ofislər fəaliyyət göstərdiyimiz bazarlarda fokusu artırmağa, eləcə də holdinq və onun müxtəlif regionlardakı şirkətləri arasında koordinasiyasını gücləndirməyə imkan verir. 2020-ci ildən Volodimir Lavrençukun rəhbərlik etdiyi Ukrayna ofisimiz həmin regionda biznesin inkişafı və investisiya təşəbbüsləri baxımından böyük töhfə verib. Liderlərin ardıcıllığı proqramının nəticəsi olaraq, İmran Əhmədzadənin NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilməsi Azərbaycanda biznesimizin inkişafına daha da töhfə verəcək, çünki o, bizim üçün əsas fəaliyyət bazarı olaraq qalır.
Əminəm ki, bazarı dərindən bilməsi və telekommunikasiya şirkətlərində böyük təcrübəsi sayəsində Vasil Latsaniç Vodafone Ukraynanın Direktorlar Şurasının Sədri rolunda şirkətin daha da böyüməsinə töhfə verəcək.
Böyüyən beynəlxalq qrup olaraq, biznesin dayanıqlı inkişafını təmin etmək üçün liderlərin ardıcıllığı və rəhbər komandaların inkişafı bizim üçün prioritet təşkil edir. NEQSOL Holding öz əməkdaşlarına sərmayə etməyə davam edəcək, çünki bizneslərinin gələcəyinə sərmayə edir."
NEQSOL Holding, Azərbaycan, Böyük Britaniya, ABŞ, Türkiyə, Ukrayna, Niderland, Gürcüstan, BƏƏ və Qazaxıstanda enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrində fəaliyyət göstərən çoxsahəli beynəlxalq şirkətlər qrupudur.

Biznes     Tarix: 22 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto