"Netflix" ən ucuz tarif planlarını ləğv edir
Amerikanın "Netflix" şirkəti kontenti reklamsız izləməyə imkan verən abunəliyə dəyişiklik edib. Belə ki, striminq xidməti ən ucuz tarif planlarını ləğv etməyə başlayıb.
"Netflix" bütün istifadəçilərinə mövcud abunənin 13 iyulda başa çatacağını bildirən mesaj göndərib. Və onlara daha bahalı tarifə abunə olmağı təklif edib.
Qeyd edək ki, daha əvvəl ən ucuz reklamsız tarif ayda $9.99 (£6.99) təşkil edib, indi isə reklamlı abunə ayda $6.99 (£4.99), reklamsız abunə isə ayda $15.49 (£10.99) olub. "Premium" plan ayda $22.99-a (£17.99) başa gəlir və sizə 4K-da videolara baxmağa imkan verir.
2023-cü ilin iyul ayında "Netflix" ABŞ, Kanada və Böyük Britaniyada yeni və ya geri qayıdan istifadəçilər üçün "Basic" planını ləğv edib. Xidmətin ABŞ və digər ölkələrdə "Basic" planını nə vaxt tamamilə ləğv etməyi planlaşdırdığı məlum deyil. / banker.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml