"Neuralink" ikinci pasiyentə neyroçip implantasiyası üçün icazə alıb
Amerika Qida və Dərman İdarəsi (FDA) "Neuralink"ə ikinci pasiyentin beyninə neyroçip quraşdırmaq icazəsi verib. "The Wall Street Journal"ın məlumatına görə, şirkət ilk neyroçiplə bağlı problemləri aradan qaldırdıqdan sonra icazə alıb.
"Neuralink" ilk dəfə yanvarın 28-də insana neyroçip yerləşdirib. 2023-cü ilin sentyabr ayından şirkət çipləri sınaqdan keçirmək üçün könüllüləri işə cəlb edir. Texnologiyanın yaradıcısı gözləyir ki, beyinə yerləşdirilən neyroçip insanlara düşüncə gücü ilə xarici cihazları, məsələn, siçan kursoru və ya kompüter klaviaturasını idarə etməyə kömək edəcək.
İlk xəstə – demək olar ki, tamamilə iflic olmuş 29 yaşlı Nolan Arbo fevralın sonunda siçan kursorunu düşüncə gücü ilə idarə etməyə başlayıb. Martın sonunda isə o, fikirlərinin gücü ilə ekrandakı fiqurları hərəkət etdirərək onlayn şahmat oynadığını göstərib.
Hazırda 1000-dən çox insan neyroçip testində iştirak etmək üçün qeydiyyatdan keçib. Lakin "Neuralink"in qeyd etdiyi kimi, onlardan 100-dən azı tələblərə cavab verir. Bu ilin sonuna kimi on xəstəyə neyroçiplərin implantasiya edilməsi planlaşdırılır. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?