Neyron şəbəkələr kimləri əvəz edəcək?

Neyron şəbəkələr kimləri əvəz edəcək?Neyron şəbəkələr üçün tapşırığın spesifikliyi demək olar ki, keçilməz maneədir
"Midijourney" sizin üçün Ulduz müharibələri və ya Harri Potterin şəkillərini asanlıqla yaradacaq, ancaq yalnız ona görə ki, bu tapşırıq kifayət qədər abstraktdır və tanınmışdır. Neyron şəbəkələr texniki göstəriciləri başa düşmür, yalnız sözlər və şəkillər arasındakı əlaqələri başa düşür. O, aydınlaşdırıcı suallar vermək və layihənin kontekstini öyrənmək iqtidarında deyil. Bu isə işin ən vacib hissəsidir.
Verilən tapşırıq nə qədər spesifik olarsa, onun həyata keçirilməsi üçün məlumatların neyron şəbəkənin öyrədildiyi verilənlər bazasında olması ehtimalı da bir o qədər azdır. Hətta elə ola bilər ki, neyron şəbəkəyə sorğu etmək prosesi tapşırığı ənənəvi qayda ilə yerinə yetirməkdən daha çətin olsun.
Bəs robotlar nəyi bacarır?
Artıq indi "Midijourney" köynəklər üzərində müxtəlif təsvirlər çap edə, "Chat-GPT" isə kopirayterlərin və ya texniki operatorun işini öz üzərinə götürə bilər. Lakin mürəkkəb və yaradıcı vəzifələrdə yaxın gələcəkdə robotun insanları əvəz etməsi mümkün deyil.
Neyron şəbəkələr daha ağıllı olmayacaq
Etiraz edə bilərsiniz ki, indi neyron şəbəkələr mürəkkəb tapşırıqları həll edə bilmir, amma N ildən sonra hər şey dəyişə bilər. Unutmamalıyıq ki, neyron şəbəkələr süni intellekt deyil və orada "ağıllanacaq" heç nə yoxdur.
Böyük həcmdə məlumatlar onların həm zəif, həm də güclü tərəfidir
Ehtimalları hesablamaq və nəticələr haqqında dəqiq proqnozlar vermək üçün neyron şəbəkələr böyük həcmdə məlumatlara ehtiyac duyur. Bu, insanlar və maşınlar arasında öyrənmə və uyğunlaşmanın effektivliyində dramatik fərq yaradır: siz dizaynerə və ya rəssama bir şəkil göstərə, onlardan eyni şeyi etməyi xahiş edə və çox oxşar nəticə əldə edə bilərsiniz. Neyron şəbəkə ilə bu tryuk keçməyəcək.
Neyron şəbəkələr proqramçıları və dizaynerləri əvəz etməyəcək, çünki..
1. Avtomarlaşdırma və şablonlaşdırma şablon və qeyri-spesifik nəticələr verir. Bu problem dünya qədər köhnədir: sürətli, ucuz və hamı kimi istəyirsinizsə, H&M-ə gedin; orijinal və bədən ölçülərinizə uyğun istəyirsinizsə, atelyeyə sifariş verin və paltarınız hazır olana kimi gözləyin.
2. Real layihələr nadir hallarda "Request->Result formatında yaradılır. Bu, neyron şəbəkələri və digər avtomatlaşdırmalar üçün təbiidir, lakin insanlar konteksti öyrənir, suallar verir, ekstrapolyasiya edir, araşdırır və cəhd göstərirlər.
3. "Chat-GPT" kiçik tərtibatçı səviyyəsində kodlaşdırmada əladır, lakin komandadakı insanlar belə işləmirlər. Nəticə əldə etmək üçün konkretləşdirici suallar verilir və bütün komanda üzvlərinin cavabı analiz edilir.
4. Nəhayət, layihələr birdəfəlik tapşırıqlar deyil, davamlı iş və inkişaf deməkdir. Dizaynerlər brendbuklar və təlimatlar yaradır, tərtibatçılar arxitektura və prinsipləri. Bütün bunlar araşdırma və ünsiyyət tələb edir.
Beləliklə, neyron şəbəkələr müxtəlif mürəkkəblikdəki tapşırıqlara tətbiq edildikdə digər avtomatlaşdırma növlərindən fərqlənmir:
–         Sadə tapşırıqları bütünlüklə yerinə yetirə bilərlər.
–         Spesifiklik / orijinallıq / tədqiqat / kontekstin öyrənilməsi / ünsiyyət tələb edən vəzifələrdə bir vasitə ola bilərlər.
–         Bir vasitə kimi istifadə edilməsindən yaranan çətinliklər faydaları aşdığı hallarda tamamilə yararsızdırlar.
Nəticə
Neyron şəbəkələr, sözsüz ki, güclü texnologiyadır. Lakin hər bir peşədə neyron şəbəkələrin imkanlarından kənara çıxan və digər avtomatlaşdırma növləri ilə eyni problemlərə gətirib çıxaran sahələr var. Buna görə də onlara obyektiv yanaşmaq lazımdır. / banker.az

Maraqlı     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler avtomobil xeberleri biznes xeberleri online pul qazanmaq biznes ideyalari