Norm Ustalar Klubunun ustaları praktik imtahanı uğurla başa vurublar

Norm Ustalar Klubunun ustaları praktik imtahanı uğurla başa vurublarTəhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə "Norm" ASC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Norm Ustalar Klubunun üzvləri olan ustalar üçün "İnşaat ustası" peşə ixtisası üzrə qiymətləndirmə və tanınma  imtahanının ikinci, yəni praktik mərhələsi baş tutub.
Nəzəri imtahandan uğurla keçmiş və praktik imtahanda iştirak etməyə haqq qazanmış 23 ustadan 21-nin bacarıqları qiymətləndirilib. Praktik imtahanlar 3 gün davam edib və ustaların "Binanın dəmir-beton karkasının quraşdırılması", "Divar hörgüsü və dam örtüyü", "Tamamlama işləri: suvaq, qapı - pəncərə, pilləkən, sanitar qovşaqları, boya işləri, kanalizasiya, su işləri" və "Abadlıq işləri və tikintinin təhvil verilməsi" modulları üzrə bacarıqları sınaqdan keçirilib.
Ekspertlər tərəfindən verilən tapşırıqları nəzərdə tutulmuş vaxt çərçivəsində icra edən ustaların işi bir çox meyar üzrə qiymətləndirilib.
İmtahanın sonuncu günü qiymətləndirmə komissiyası təşkil edilib. Komissiyanın tərkibində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İşəgötürən qismində şirkətin nümayəndələri çıxış ediblər. Ustaların hər birinin həm fərdi olaraq, həm də komanda işi üzrə bacarıqları qiymətləndirilib və komissiya üzvlərinin yekun rəyi əsasında 21 ustanın hər birinin nəticəsi məqbul qəbul edilib. Növbəti mərhələdə ustalar Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalar çərçivəsində peşə ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən sənəd əldə edəcəklər.
Layihəyə ilin əvvəlində start verilmişdi və ustalar bu müddət ərzində təlimlərə, daha sonra isə nəzəri imtahana cəlb olunmuşdular. Şirkətin layihəni həyata keçirməkdə məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, "Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir. / fed.az

Biznes     Tarix: 23 dekabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti