"Nothing" rəngini özünüz dəyişdirə biləcəyiniz yeni smartfon təqdim edib – Qiyməti €239
"Nothing" şirkətinə məxsus "CFM" yeni Phone 1 smartfonunu buraxıb. Yenilik 4 nanometr texnologiyasından istifadə edilməklə hazırlanmış 8 nüvəli MediaTek Dimensity 7300 prosessoru ilə təchiz edilib.
Cihazın operativ yaddaşı onu 16 GB-a qədər artırmaq imkanı ilə 8 GB, daxili yaddaşı isə 120 GB təşkil edir. Akkumulyatorun tutumu 5000 mAh-dır və 33 Vt sürətli yükləməni dəstəkləyir.
Digər xarakterik cəhətlər arasında 6.67 düymlük Super AMOLED Full HD+ ekranı, 50 Mp əsas və 16 Mp ön kamera var. Phone 1 Android 14 əməliyyat sistemi ilə işləyir. Smartfon 5G, Wi-Fi 6, Bluetooth 5.3 və NFC-ni dəstəkləyir.
Cihazın əsas xüsusiyyəti – arxa paneli fərdiləşdirmək imkanıdır. Məsələn, ona qayışlar, stendlər və kartholderlər quraşdıra bilərsiniz. Eyni zamanda, arxa panelini üç rəngə (qara, tünd-göy, narıncı və yaşıl) dəyişmək mümkündür.


CMF Phone 1 239 avrodan başlayan qiymətə 12 iyul 2024-cü ildə satışa çıxarılacaq. Arxa panellərin qiyməti 35 avro, əksər aksesuarların qiyməti isə 25 avro təşkil edəcək. / banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
CV-nin tərtib edilməsi prinsipləri
ZARA-nın uğur hekayəsi
Dünyanın əh bahalı brendləri - TOP-10