"Notion AI" nədir və o, işdə sizə necə kömək edə bilər? – Şəkilli təlimat

Notion AI – riyazi məsələləri həll edə, sosial şəbəkələr üçün mətn və esselər yaza biləcəyiniz neyron şəbəkədir. "Notion"un yaradıcısı İvan Zhao hesab edir ki, onun məhsulu 2 böyük vəzifəni yerinə yetirir:
– Strukturlaşdırılmış mətnlərin yazılması (rəsmi və hüquqi sənədlər).
– İstənilən yaradıcı mətnlərin yazılması (kompozisiya, esse, ssenari).
Başa düşmək vacibdir ki, "Notion AI" dərhal istifadə edə biləcəyiniz mətnlər yazmır. Hər hansı AI-də olduğu kimi, burada da redaktəyə ehtiyac olur, lakin yenə də xidmət sizə vaxta qənaət etməyə kömək edir.
Notion AI nələri bacarır?
Neyron şəbəkənin bütün funksiyaları mətnlərin yazılması ilə əlaqəli deyil, lakin bu, siyahının böyük bir hissəsidir. "Notion" sizə aşağıdakı mətn formalarını yazmaqda yardımçı ola bilər:
– bloq yazılar;
– press-reliz;
– sosial mediada post;
– şeir;
– iclaslarda müzakirə mövzusu;
– mətnlər üçün struktur;
– siyahı;
– iş təsvirləri;
– satış məktubları.
"Brainstorm" funksiyası
Mahiyyət ondan ibarətdir ki, siz süni intellekt üçün mətnin əsas ideyasını yazırsınız və "Notion" məzmunun budaqlanması üçün mövzular təklif edir ki, bu da müəyyən bir mövzu ilə bağlı mətnin səriştəsini artırır.
Açıq mövzu
"Notion" həmçinin bir cümləni arqumentlər və maraqlı faktlarla genişləndirə bilir.  Postunuzun nə haqqında olması lazım olduğunu bilirsinizsə, lakin mövzu ilə bağlı kifayət qədər məlumat tapa bilmirsinizsə, bu funksiya sizə kğmək edəcək.
Tərcüməçi
"AI Assist"in kontekst menyusu ilə siz mətnləri digər dillərə tərcümə edə bilərsiniz. Bu funksiyanı işə salmaq üçün mətndə bir neçə sözü və ya cümləni seçməlisiniz.
Qrammatika və orfoqrafiya
Bu funksiya da "Ai Assist" kontekst menyusunda yerləşir. Menyuda "Düzgün yazım və qrammatika"nı seçməlisiniz.
Axtarış
Bu, mətn yazmaqla birbaşa əlaqəsi olmayan bir neçə funksiyadan biridir. İstifadəçi süni intellektə sual verir və ona cavab olaraq hansı məlumatın öyrənilməli olduğu barədə qısa xülasə və müvafiq resurslara keçid alır.
Funksiyanı aktivləşdirmək üçün "Seçim" sahəsinə istədiyiniz sorğu ilə birgə "/ help write"  komandasını daxil etməlisiniz.
Notion AI-dən necə istifadə etməyə başlamaq olar?
"Notion AI" hazırda alfa mərhələsindədir. Məhsula daxil olmaq üçün xidmətinsaytında sorğu yaratmalısınız.
Bundan sonra siz növbədəki mövqeyinizlə elektron bilet alacaqsınız.
Hazırda "Notion"dan istifadə pulsuzdur və çox güman ki, neyron şəbəkənin öyrənmə mərhələsində olduğu müddətdə belə olacaq.
Giriş əldə etdikdən sonra onu "Notion"un iş sahəsinə daxil etməlisiniz. Bunu etmək üçün parametrlər və üzvlər → təkmilləşdirmək (update) → yeniləmək (pulsuz tarifdən istifadə edirsinizsə) → "Enable Notion AI" düyməsini sürüşdürərək aktivləşdirin.
Daha sonra istədiyiniz formatı seçərək yeni səhifə yaradın.
Nəticə
"Notion AI" – hazır məhsul deyil. Onun alfa versiyada hələ çox qalacağı gözlənilir. Lakin bu, süni intellekt sahəsində orijinal görünən və sensasiyalı "ChatGPT" ilə rəqabət apara bilən bir neçə layihədən biridir. / banker.az

Xəbərlər     Tarix: 07 aprel 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler kicik biznes bank faizleri emlak xeberleri valyuta mezennesi