Noyabr ayında Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək
Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib
FED.az xəbər verir ki, Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdə çıxış edən KOBİA sədri bu il Bakının Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini qeyd edib.
BMT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) birgə təşkilatçılığı ilə Nyu-York şəhərində 27 iyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbir keçirilib.
KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun video müraciəti də yayımlanıb. Video müraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, ICSB-yə üzv olan Agentliyin təşkilatla əməkdaşlığı barədə məlumat verib.
KOBİA sədri həmçinin Bakı şəhərinin bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini bildirib. ICSB ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?