"Nvidia" süni intellekt bumu sayəsində rekord $13.5 mlrd. qazanıb
Amerikanın ən böyük videokart və çip istehsalçılarından biri olan "Nvidia" ikinci maliyyə rübünün nəticələrini yekunlaşdıraraq təsirli hesabat təqdim edib. Süni intellektin bumu şirkətə gəlirlərini iki dəfə, xalis mənfəətini isə təxminən 10 dəfə artırmağa imkan verib.
Şirkət üçün iyulun 30-da başa çatan rübün gəliri keçən ilin eyni dövründəki 6.7 milyard dollarla müqayisədə rekord həddə – 13.51 milyard dollara çatıb. "Refinitiv"in sorğusuna qatılan analitiklər göstəricilərin orta hesabla 11.22 milyard dollar olacağını gözləyirdilər. Xalis gəlir illik müqayisədə təxminən 10 dəfə artaraq 6.19 milyard dollara çatıb, əhm başına düzəliş edilmiş mənfəət isə 2.09 dollar təxminini üstələyərək 27 dollar olub.
Çat-botların və digər süni intellektlə işləyən xidmətlərin artması çip istehsalçılarına tələbatı artırır və "Nvidia"nın maliyyə nəticələri bu bumun əsas faydalananlarından biri kimi rolunu vurğulayır. Şirkətin əsas gəlir mənbəyinə çevrilən məlumat mərkəzi həlləri seqmenti 7.98 milyard dollar proqnozla müqayisədə rekord 10.3 milyard dollar qazanıb.
Rekord rəqəmlərin dərcindən sonra "Nvidia" səhmləri, demək olar ki, 10% bahalaşıb. Cari maliyyə rübündə şirkət analitiklərin gözləntilərini xeyli üstələyən (orta hesabla 12.5 milyard dollar) 16 milyard dollar cəlb etməyə ümid edir. "Nvidia"nın fikrincə, ABŞ hakimiyyətinin süni intellekt çiplərinin Çinə satışına məhdudiyyətləri genişləndirmək planları biznesə birbaşa təsir göstərməyəcək. Lakin uzunmüddətli perspektivdə bu, bütün Amerika sənayesini "dünyanın ən böyük bazarlarından birində liderlik etmək və rəqabət aparmaq" imkanından məhrum edəcək, – maliyyə direktoru Colette Kress bildirib.
"Bloomberg Billionaires Index" indeksinə görə, şirkətin CEO-su Censen Huanq (səhmlərin 3.5%-nə sahibdir) 4.2 milyard dollar zənginləşib, onun ümumi sərvəti 46.1 milyard dollara yüksəlib. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Elon Musk kimdir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?