"OBA" Dövlət Məşğulluq Agentliyi tərəfindən birinci yerə layiq görüldü – FOTOLAR
Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən "OBA Market" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təltif olunub.
KOBSKA "Veysəloğlu" və "OBA"nı – TƏLTİF ETDİ
FED.az xəbər verir ki, artıq ikinci ildir ki, DMA tərəfindən həssas qruplara dəstək proqramlarının icrasına öz töhfəsini verən sosial tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması mərasimi həyata keçirilir.
Fevralın 23-də DOST Agentliyində keçirilən növbəti mükafatlandırma tədbirində 2022-ci ildə fəal iştirakı ilə seçilən tərəfdaşların təqdimat mərasimi baş tutub.
"OBA Market" MMC "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş" nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı "OBA" tərəfindən işlə təmin olunub.
Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya millət vəkili Məlahət İbrahimqızı təqdim edib.
Tədbir zamanı DMA rəsmiləri tərəfindən həssas qruplara dəstək proqramlarının icrasına öz töhfəsini verən sosial tərəfdaşlara təşəkkür olunub, digər özəl sektor nümayəndələri KSM tədbirlərində aktiv iştiraka dəvət edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1160-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?