"OBA" işğaldan azad olunmuş ərazilərdə ilk filialını açdı – FOTOLAR
Market sayına görə Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsi olan "OBA Market" MMC işğaldan azad olunmuş ərazilərdə ilk filialını açıb.
FED.az xəbər verir ki, market Ağdamın Qızıllı Kəngərli kəndində yerləşir. Bu, sayca marketlər şəbəkəsinin 1187-ci filialıdır.
"OBA"dan daxil olan məlumata görə, Qarabağın digər rayonlarında da növbəti filialların açılışı nəzərdə tutulub. "Qənaətin məkanı, "OBA"mızın ünvanı" sloqanı ilə fəaliyyət göstərən "OBA Market" MMC 2016-cı ildə Azərbaycanda satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1180-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!




EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?