"OBA" marketlər şəbəkəsi müştərilərinə eko çanta - HƏDİYYƏ EDİR
Yaxın və qənaətli qonşunuz "OBA" marketlər şəbəkəsi "Yaşılı sev, çevrəni qoru" adlı yeni sosial məsuliyyət layihəsinə start verir.
"
FED.az xəbər verir ki, 14 fevralda baş tutan layihə çərçivəsində hər 20 AZN-lik və üzəri alış-veriş zamanı müştərilərə "OBA" marketlər şəbəkəsinə məxsus eko çantalar hədiyyə olunur. Dəyərləri sırasında sosial məsuliyyət bəndinə hər zaman diqqət yetirən marketlər şəbəkəsi bu layihə ilə polietilen torbaların sağlamlığa və ətraf mühitə mənfi təsirinə diqqət çəkməyə çalışıb. Bununla "OBA" polietilen torbalardan istifadənin minimuma endirilməsi istiqamətində rəsmi qurumların çağırışına da dəstək olub.
Məlumat üçün bildirilib ki, eko çantalar məhdud saydadır.
Marketlər şəbəkəsi "Yaşıl Azərbaycan" layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində Binəqədi rayonu, Xocasən gölü ətrafında meşə zolağının salınmasında da iştirak edib. Meşə zolağında "OBA" marketlər şəbəkəsinin Vətən Müharibəsi zamanı şəhid və qazi olan əməkdaşlarının adına 55 ağac əkilib. "Yaşıl Azərbaycan" layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sector əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1160-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?