""OBA" qadınların karyera inkişafında bir tramplindir" - FOTO

"Hazırda "OBA" şirkətində 7500-ə yaxın əməkdaş çalışır ki, bu sayın da 49 faizini qadınlar təşkil edir. Şirkətimizdə orta və natamam orta təhsili olan qadınlara yaradılmış iş imkanı onların karyera inkişafında xüsusi tramplin rolu oynayır. Əsasən satış sektoru olmaqla, təhsil səviyyəsindən asılı olmayaraq, qadınlara yüksəliş imkanı verilir".
FED.az xəbər verir ki, bunu Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinin marketinq kommunikasiyaları şöbəsinin müdiri Aynur Qaraqurbanlı BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulmuş şirkətlərin nümayəndələrinin qatıldığı tədbirdə bildirib.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə icra olunan "Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi" layihəsi çərçivəsində BMTİP-in keçirdiyi tədbirdə "OBA" nümayəndəsi "Qadınları gücləndirən biznes təcrübələrini necə inkişaf etdirmək olar?" mövzusunda panel müzakirələrində təmsil etdiyi şirkətin təcrübələri barədə təqdimat edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
"OBA" marketlər şəbəkəsinin təmsilçisi şirkətdə inklüziv yanaşma tərzindən, gender balansının qorunmasından və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib: "Biz 2023-cü ildə "Qadının gücü" layihəmiz ilə istər əməkdaşımız olan, istərsə də fəaliyyət göstərdiyimiz ərazilərdə yaşayan kiçik və orta sahibkar qadınlara xüsusi dəstək olduq. Ölkənin bir neçə regionunda işsiz qadınlar üçün satış təlimlər keçirdik və onları işlə təmin etdik".
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulub.
Şirkət kişilərin daha çox çalışdığı sahə kimi tanınan pərakəndə satış və logistika sektorunda qadınların karyera qurmalarına töhfəsini verir. Veysəloğlu Şirkətlər Qrupu hazırda 8000 nəfərdən çox qadının iş yeridir.

Biznes     Tarix: 14 dekabr 2023

Oxşar xəbərlər

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

7 milyon manat vergi borcu olan şirkətin – KAPİTALI AZALDILIR

"Evrostroy-S.S" MMC (VÖEN: 1503151571) nizamnamə kapitalının azaldığını elan edib. FED.a biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmayıb. Qey

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"


iqtisadi xeberler depozit faizleri biznes ideyalari investisiya biznes qurmaq