"OBA" sahibsiz küçə heyvanları üçün layihə başlatdı – FOTOLAR
Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi "Yaşılı sev, çevrəni qoru" layihəsi çərçivəsində daha bir yeniliyə imza atıb.
FED.az xəbər verir ki, havaların soyumasını nəzərə alan şirkət sahibsiz küçə heyvanları üçün sığınacaqlar hazırlayıb.
Belə ki, Bakının bir çox bölgəsində sahibsiz küçə heyvanları üçün hazırlanmış yuvalar "OBA" marketlərin ətrafına yerləşdirilib. Sosial məsuliyyət layihəsi çərçivəsində heyvan sığınacaqları qida ilə də təmin olunub.
"OBA" marketlər şəbəkəsindən bildirilib ki, davamlı baş tutacaq layihədə Bakıdakı sahibsiz küçə heyvanlarına şəhərin müxtəlif bölgələrində sığınacaq yerləşdirilməsi nəzərdə tutulub. Şirkət vətəndaşları bu layihədə aktiv iştirak etməyə dəvət edib.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi bundan öncə "Yaşılı sev, çevrəni qoru" layihəsi çərçivəsində filiallarında vətəndaşlara eko-paketlər paylayıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?