"Oğuz" kiçik su elektrik stansiyaları silsiləsi istismara verildi - FOTOLAR / YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
KONKRET.az xəbər verir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına kiçik su elektrik stansiyaları haqqında məlumat verib.
Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və "yaşıl enerji"nin prioritet istiqamət seçilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərə uyğun olaraq "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb. Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması "yaşıl enerji"nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.
Qeyd edildi ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək "Oğuz" kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, "yaşıl enerji" nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.
Məlumat verilib ki, hər üç elektrik stansiyası rəqəmsal qaydada "Azərenerji"nin SCADA dispetçer sisteminə qoşularaq Azərbaycanın ümumi enerji sisteminə inteqrasiya edilib.
Dövlətimizin başçısı elektrik stansiyalarını işə salıb.
Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin "yaşıl enerji" strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.



16:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Startup nədir və necə olur?
Biznes təlimlər və tədris üsulları
IMEI kod nədir?
Ev şəraitində pul qazanmağın yolları
Ən çox soruşulan müsahibə sualları hansılardır?