"Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları" sənədi - MÜZAKİRƏ OLUNUB

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə "Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları" sənədini müzakirə edib.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatına 9 milyard manatdan çox - İNVESTİSİYA QOYULUB
FED.az bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı onlayn görüşdə EBRD-nin Rəqabətqabiliyyətli idarəetmə və siyasi məsələlər üzrə baş müşaviri Kristin Heydon, beynəlxalq təşkilatın məsləhətçilər Lizaveta Traxalina və Nikola Lipari iştirak edib. V.Qasımlı Azərbaycanda biznes və investitiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nəaliyyətlər və islahatlar barədə məlumatlar verib, eyni zamanda bu istiqamətdə növbəti 5 illik dövr üçün ölkənin inkişaf strategiyasında qəbul etdiyi hədəf indikatorları və icrasını təmin edən praktiki yanaşmaları qeyd edib.
Hazırda Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr raundunda olan "Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları" sənədinin məqsədi biznes mühitinin təkmilləşdirilməsi üçün həyata keçirilə bilən islahatlar və potensial texniki yardım fəaliyyətləri üçün prioritet sahələrin müəyyən edilməsi olub. (Report)

İnvestisiya     Tarix: 05 oktyabr 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri