Ölkədə "Gilan"ların sayı azalır – Şirkətlərin adları və rəhbərləri - DƏYİŞDİ
"Gilan Holding" MMC ilə eyni ünvanda qeydiyyatda olan daha iki şirkətin adı dəyişib və artıq əmin şirkətlər "Gilan" brendində çıxış etmirlər.
FED.az Banker.az-a istinadən xəbər verir ki, adları dəyişdirilən "Gilan Dairy Farms" MMC və "Gilan İnşaat" MMC-dir.
Nizamnamə kapitalı 7 224 450 manat olan "Gilan Dairy Farms" MMC bundan sonra "Qəbələ Aqropark" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi çıxış edəcək.
"Qəbələ Aqropark"ın direktoru da dəyişib. Sentyabr ayına qədər şirkətin direktoru Elşad Paşayev Nazim oğlu olduğu halda bundan sonra bu vəzifə Sərdar Hacıyev Fəxrəddin oğluna tapşırılıb. S.Hacıyev bu sahə üzrə altı ildir ki təcrübəyə sahibdir. O, 2016-cı ildən "Yalama Aqropark" MMC-də çalışır və son üç ili İdarə Heyətinin sədri kimi çalışır.
"Gilan İnşaat" MMC isə bundan sonra "1st Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərəcək. Adı dəyişdirilən şirkətə Asif Baxşəliyev rəhbərlik edir.
"Gilan" brendində olan şirkətlərin sayə son iki ildə əhəmiyyətli sayda azalıb. Son iki ildə 12 şirkət "Gilan" adından "imtina" etmiş olub.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Startup nədir və necə olur?
Ev şəraitində pul qazanmağın yolları
IBAN nədir?