Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə
Son illərdə onlayn ticarət platformalarının sürətli inkişafı yerli bazarı yeni reallıqla üz-üzə qoyur.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, satıcılar bildirirlər ki, bazarda durğunluq müşahidə olunur və vəziyyət belə davam edərsə, mağazaları bağlamaq məcburiyyətində qalacaqlar.
"Deyilənə görə, bizdə mallar daha bahadır. Amma onlayn satılan məhsullar ucuz olsa da, keyfiyyətsizdir. Buna görə də bizdəki keyfiyyətli mallar əlimizdə qalır, onları sata bilmirik", – satıcılardan biri deyib.
Digər bir satıcı isə qeyd edib: "İnsanlar bazara gəlmək üçün əziyyət çəkmək istəmirlər. Tənbəl adamlara onlayn alış-veriş daha sərfəlidir".
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşlar onlayn alış-verişdə hər ay 300 dollaradək məhsulu vergi və rüsum ödəmədən gətirə bilirlər. Bu isə mağazalarda məhsul satanlarla bu işi onlayn görənlər arasında ciddi qiymət fərqinə səbəb olur:
"Ənənəvi ticarətdə satıcılar məhsul gətirəndə gömrükdə əlavə dəyər vergisi və rüsum ödəyirlər. Amma onlayn alış-verişdə bu vergilər tutulmadığı üçün rəqabət ədalətsiz olur. Buna görə də illik 10 min dollardan çox dövriyyəsi olan onlayn platformaların da əlavə dəyər vergisinə cəlb olunması təklifi bu fərqi azaltmağa kömək edəcək" (BAKU.WS).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab