OPEC hasilat üzrə pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacaq
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
Gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29.51 mln. barel olacağı proqnozlaşdırılır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.87 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0.13 mln. barel azdır.
Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.68 mln. olub, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0.07 mln. barel çoxdur.
Qeyd edək ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26.28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25.6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29.27 mln. barelə bərabər idi.
Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn ildə də çata bilməyəcək. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən bahalı otellər hansılardır?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları