OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı qıtlığa səbəb ola bilər – Fitch
OPEC+ ölkələrinin may ayından ilin sonuna qədər neft hasilatını könüllü şəkildə azaltmaq qərarı qısa müddətdə qiymətləri dəstəkləməlidir və Çində tələbin bərpası fonunda, 2023-cü ilin ikinci yarısında neft bazarında qıtlığa səbəb ola bilər.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin məqaləsində deyilir.
Bununla yanaşı, ekspertlər hələ də 2023-cü il üçün Brent kotirovkalarının qiymətlərini bir barel üçün 85 dollar səviyyəsində proqnozlaşdırırlar, lakin qısamüddətli artımı istisna etmirlər.
"İstehsalın azaldılması qərarı bu il bazarın kəsirlə üzləşmə ehtimalını artırır, çünki ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2023-cü ildə tələbin, əsasən, gündəlik 2 milyon barel artacağını təxmin edir. Çinin bazara açılması tələbat artımının təxminən yarısını təşkil edəcək", – məqalədə deyilir.
Xatırladaq ki, aprelin 2-də bir sıra OPEC+ ölkələri qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından cari ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan ediblər. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət