OPEC+ ölkələrinin neft hasilatının azaldılması müddətini uzatması ardından qiymət $87-ni keçib
OPEC+ alyansınının sazişində iştirak edən bir sıra ölkələr ikinci rüb ərzində könüllü olaraq neft hasilatını ümumilikdə gündəlik təxminən 2.2 mln barel azaltmağda davam edəcəklər.
Banker.az xəbər verir ki, neft qiymətlərina bu artımla reaksiya verib. Brentin bir bareli sessiya ərzində 0.3% artımla 87.26 dollara yüksəlib.
Bununla belə, digərlərindən fərqli olaraq Rusiya və İraq azalmalarında dəyişikliklər edəcək.
İlkin olaraq, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC+ iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər.
Aprel-iyun aylarında azalmaların həcmi demək olar ki, eyni səviyyədə qalacaq – 2,17 milyon barel.
Səudiyyə Ərəbistanı birinci rübdə olduğu kimi hasilatı sutkada 1 milyon barel, BƏƏ – 163 min barel, Küveyt – 135 min barel, Qazaxıstan – 82 min barel, Əlcəzair – 51 min barel, Oman – 42 min barel azaldacaq.
İraqda neft hasilatının azalması bir qədər də dərinləşəcək və birinci rübdə sutkada 220 min təşkil edirdisə, ikinci rübdə bu rəqəm 223 min barel olacaq. Rusiyanın isə ikinci rübdə istehsal və ixracı sutkada 471 min barel azalacaq.
II rüb üçün hasilatın azaldılmasına əlavə olaraq, Rusiya da daxil olmaqla bir sıra OPEC+ ölkələri 2023-cü ilin yazından 2024-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq daha 1,66 milyon barel azaldılmasına riayət edirlər.
Qeyd edək ki, cari il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Digital Card nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?