"OpenAI" yeni GPT-4o modelini təqdim edib
"OpenAI" yeni GPT-4o generativ modelini təqdim edib. O, bütün ChatGPT istifadəçiləri üçün əlçatan olacaq.
Şirkətin texniki direktoru Mir Muratinin sözlərinə görə, GPT-4o "audio, mətn və şəkillər"lə işləmək imkanlarını təkmilləşdirir.
Qeyd edək ki, ChatGPT də səsli söhbətləri dəstəkləyirdi, lakin GPT-4o ilə istifadəçilər daha çox köməkçi kimi istifadə edəcəklər. Məsələn, təqdimat zamanı nəyisə aydınlaşdırmaq üçün çat-botun nitqini dayandıra biləcəklər.
Botun özü həmsöhbətinin emosiyalarını "tutur" və ehtiyac olduqda fərqli intonasiyalarla cavab verir. Bot həmçinin real vaxt rejimində bir dildən digər dilə tərcümə edir.
Botun mətn və şəkil ilə bağlı imkanları 13 may 2024-cü ildə ChatGPT-də istifadəyə verilib. GPT-4o isə "gələcək həftələrdə" ChatGPT Plus-da görünəcək.
/ banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?