"OpenAI"nin gəliri ayda 80 mln. dollara yüksəlib – "The Information"
Süni intellekt şirkəti "OpenAI"nin gəliri ayda 80 milyon dollara yüksəlib və bu, ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. 2022-ci ildə "OpenAI" şirkəti 28 milyon dollar qazanıb və 540 milyon dollar zərər edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Şirkət rəsmi olaraq maliyyə göstəricilərini açıqlamayıb.
Mənbələrə görə, 2023-cü il üçün gözlənilən gəlir 1 milyard dollardan çoxdur, may ayında bu rəqəm 200 milyon dollar olaraq qiymətləndirilib.
2023-cü ilin yanvarında "Bloomberg" və "Semafor" "Microsoft"un bir neçə il ərzində "OpenAI"a 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib. Bir neçə gündən sonra şirkət "çox milyard dollarlıq" sərmayəni təsdiqləyib.
Fevral ayında "OpenAI" ayda 20 dollara daha sürətli cavablar və yeni funksiyaların erkən nümayişi ilə "ChatGPT" abunəliyini işə salıb. Şirkət həmçinin API-yə ödənişli giriş təklif edir, qiymətlər modeldəki tokenlərin sayından asılıdır.
Mənbələrin "TechCrunch"a verdiyi məlumata görə, aprel ayında "OpenAI" 27-29 milyard dollar bazar dəyəri ilə 300 milyon dollar cəlb edib. Xarici investorlar "OpenAI"nin 30%-dən çox payına sahibdirlər.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Yatırım olmadan necə biznes qurmaq olar?
SMM nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Swift nədir?