"OpenAI"nin rəhbəri "Worldcoin" üçün $100 mln. investisiya cəlb etmək məqsədilə danışıqlar aparır
"OpenAI"nin baş direktoru və həmtəsisçisi Sem Altman "Worldcoin" kripto startapı üçün təxminən 100 milyon dollar vəsait toplamağı planlaşdırır və bu istiqamətdə danışıqlar aparır.
"Financial Times" yazır ki, daha əvvəl startapa vençur kapitalı firması "Khosla Ventures", "Andreessen Horowitz" kripto fondu, həmçinin sahibkar Reyd Hoffman və çökmüş "FTX" kriptovalyuta birjasının banisi Sem Benkman-Frid sərmayə qoyub.
"Worldcoin" 2019-cu ildə Altman və onun ortağı Aleks Blania tərəfindən təsis edilib. "FT" qeyd edir ki, şirkət "ChatGPT" çat-botu və "DALL-E" generativ neyron şəbəkəsi sayəsində populyarlıq qazanan "OpenAI" ilə müqayisədə ictimai sahədə daha az fəaldır, lakin onun böyük ambisiyaları var.
Keçən il "Worldcoin" 100 milyon dollar dəyərində tokenlərinin satışını keçirib və bu, şirkətin tokenlərinin ümumi həcmini 3 milyard dollar dəyərində qiymətləndirməyə imkan verib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?