"Optimal Elektronika" rəhbəri Əhəd Əsgərovla bağlı - MƏLUMAT YAYDI

Azərbaycanın ən böyük ticarət şəbəkələrindən biri olan "Optimal Elektronika" MMC şirkətin öz təsisçisi və baş direktoru Əhəd Əsgərov barədə yayılan məlumatlarla bağlı aşıqlama verib. 
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, baş direktorun ölkədən çıxışına qadağa qoyulması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: "Optimal Elektronika" MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun haqqında yazılanlar qərəzlidir".
Şirkətdən bildirilib ki, Əhəd Əsgərov "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-nin direktoru deyil.
"Baş direktorun ölkədən çıxışına qadağa qoyulması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. (link:  FİN: 1K87CJ7) AR Dövlət Vergi Xidmətinin rəsmi saytından istənilən şəxs yoxlaya bilər.
Vergi borcu haqqında qeyd olunan borc məbləği və mövcüdluğu həqiqəti əks etdirmir.
Şirkət və baş direktor haqqında qərəzli və yalan məlumatların  yayılmasının, yazılmasının qərəzli olduğunu diqqətinizə çatdırmaq istəyirik",- açıqlamada bildirilir. 
Xatırladaq ki, bu gün mətbuatda "Optimal Elektronika" MMC-nin təsisçisi və baş direktoru (olduğu bildilən), "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulacağı barədə məlumat yayılıb.
Məlumatda bildilirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.
Buna səbəb kimi, Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 023 min 752 manat 06 qəpik vergi borcunun yaranması göstərilib. 
Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.
Amma indi şirkət yuxarıda göstərilən məlumatı yayaraq məlumatın həqiqətə uyğun olmadığını və Əhəd Əsgərovun ölkədən çıxıxına qadağa qoyulmasının müzakirə edilmədiyini bilirib. 

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin


iqtisadi xeberler dollar manat kursu kripto birbank 1000 manatla biznes