Ordumuzda donvurma halı qeydə alınıb? - AÇIQLAMA

Ordumuzda donvurma halı qeydə alınıb? - AÇIQLAMA"Azərbaycan Ordusunda donvurma halı qeydə alınmayıb".
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.
Bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb.
Yeni istifadəyə verilmiş birləşmiş anbarlar vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən ərzaqlara və digər qidalara üstünlük verilir.
Əlavə olaraq mövsümi xəstəliklər və donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq marifləndirici söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə alınmayıb.
Qış mövsümündə təxliyə yollarının işlək vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam etdirilir.
Təkcə Kəlbəcər və Laçın rayonları ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.
Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış dövründə də yüksək peşakarlıqla icra olunur.

Xəbərlər     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler biznes ideyalari avtomobil xeberleri biznes qurmaq biznes krediti