"Orion" kosmik gəmisinin Yerə qayıdacağı gün məlum olub
"Artemis" proqramının birinci mərhələsində Aya buraxılan "Orion" kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.
Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı bəyanatda deyilir.
Bildirilib ki, mühəndislər kosmik gəminin işini daha yaxşı anlamaq üçün sistemləri sınaqdan keçiriblər.
NASA-nın məlumatına görə, kosmik gəmini Yerə qaytarmaq üçün bir sıra mühərriki işə salmaq lazımdır. "Orion" dekabrın 11-də San Dieqo yaxınlığında Sakit Okeana eniş edəcək.
Xatırladaq ki, "Space Launch System" (SLS) raketinin "Orion" kosmik gəmisi ilə birgə buraxılışı noyabrın 16-da Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən baş tutub. Gözlənildiyi kimi, kosmik gəminin pilotsuz uçuşu 26 gün davam edəcək. O, Ayın ətrafında iki orbit etməli, sonra Yerə qayıtmalıdır. "Orion"un göyərtəsində uçuş zamanı radiasiya səviyyəsini ölçmək üçün istifadə olunan üç maneken var. / banker.az

Çin niyə iri nüvə reaktorlarına üstünlük verir?
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı
Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı
FED faiz qərarını açıqladı
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən bahalı restoranları
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın əh bahalı brendləri - TOP-10