Orqanizmim bu əməliyyata tab gətirə bilməz' - Tünzalə Əliyeva
"Kimyaterapiyalarım davam edir. Həkimlər deyir ki, ancaq bu yolla məni ayaqda saxlaya bilərlər".
azxeber.com xəbər verir ki, bu sözləri axsam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa hər həftə xəstəxanaya yollandığını söyləyib:
"Artıq bu həyat tərzim olub. Hər həftə gedir, kimyaterapiyanı alıram. Təsir edib, etmədiyini isə bilmirik. Bir neçə həftədən sonra müayinədən keçəcəm, onda bilinəcək. Həkimlər deyir ki, əməliyyat olmaz. Şişlərin əməliyyatla götürülməsi mümkün deyil. Orqanizmim buna tap gətirə bilməz".
T.Əliyeva yeni mövsümdə serialla tamaşaçı qarşısına çıxacağını deyib:
"Serialın adı sirr qalsın, tamaşaçılara sürpriz olsun. Amma yeni serialdır. Bir də "Söhbət var" layihəsində olacam. Başqa təklif almıram. Heç bir filmdən mənə dəvət gəlmir".
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind