Orxan Məmmədov: "2023-cü ildən vergi güzəştləri tətbiq olunan KOB klasterləri yaradılacaq"
Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim edilmə mərasimində deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə" təsdiq olunub: "Növbəti ildə planlarımızda mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, yeni təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur".
O. Məmmədov qeyd edib ki, KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik bilikləri əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot "Model müəssisə" layihəsinin növbəti il ərzində yekunlaşması nəzərdə tutulur.
O həmçinin bildirib ki, KOBİA mandatı çərçivəsində Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcək.
O.Məmmədov vurğulayıb ki, qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri təmin ediləcək. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?