Orxan Məmmədov: "Sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var"
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hazırda regionlarda geniş fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Biz tez-tez regionlarda görüşlər keçiririk, onlara dəstək veririk. Hazırda 40 "KOB dostu" mərkəzləri pulsuz olaraq saibkarlara məsləhət və dəstək verir.
Ancaq bizim hazırda illik büdcəmiz 20 milyon manatdır ki, bunun da 10 milyon manatı maaşların verilməsinə yönəldilir. Qalanı ilə isə nə qədər mümkünsə o qədər dəstək veririk", - O.Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda banklarla sahibkarlar arasında böyük problemlər var: "Sahibkarların maliyyəyə çıxışı çox çətindir, xüsusən də regionlarda. Biz bankarı da başa düşürük ki, təminat olmadan kredit vermək istəmirlər. Bu məsələdə dövlət qurumları fikirləşməlidir ki, nələr etmək olar ki, sahibkarlar daha asan maliyyə resurslarına çıxış əldə etsinlər". (Report)
Biznes Tarix: 29 sentyabr 2022 Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər
Azərbaycanda restoranların dövriyyəsi 8% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri
"Sea Breeze" yeni şirkət yaratdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə