Ötən il filialları bağlayıb onlayn satışa keçən "Maxi.az"ın gəlirləri azalıbmış

Ötən il filialları bağlayıb onlayn satışa keçən Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyətinin (Maxi.az) son açıqlanan hesabatında gəlirlərinin azaldığı müşahidə edilir.
Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət 2022-ci ildə 95.41 mln. manatlıq əsas əməliyyat gəliri əldə edib. Bununla da gəlirlər 2021-ci ildəki nəticə – 107.9 mln. manatdan 12.49 mln. manat və ya 12 faiz aşağıdır. Satışların maya dəyərinin 93.25 mln. manat olması ilə ümumi mənfəət 2.16 mln. manata düşüb. 2021-ci ildə ümumi mənfəət 3.72 mln. manat idi.
"İnteqral" şirkəti 1997-ci ildən başlayaraq bütün ölkə üzrə müasir salonlar və diler şəbəkəsi ilə telekommunikasiya xidmətləri və məişət texnikası sahəsində xidmət göstərir. Şirkət hazırda "Maxi.az" platforması ilə satışları həyata keçirir.
Gəlirlərin azalması sonrası şirkət daha bir mühüm qərar vermişdi. Belə ki, 2023-cü ilin üçüncü rübündən etibarən "Maxi.az" filialları ləğv edilmiş və elanda bildirilmişdi ki, şirkət "Umico" marketlər üzərindən fəaliyyətini davam etdirəcək. Görünür şirkətin rəhbərliyi xərcləri optimallaşdırmaq üçün daha optimal variant kimi bu formada biznesin davam etdirilməsini məqbul görüb.
"İnteqral" şirkətinin 2022-ci il üzrə hesabatından görünür ki, 2021-ci illə müqayisədə gəlirlərin azalması ilə yanaşı inzibati xərclər də xeyli optimallaşdırılıb. Məsələn, 2021-ci ildə "İnteqral"ın işçidən icarəyə qədər cəmi xərcləri özündə ehtiva edən ümumi və inzibati xərclər 3.14 mln. manat olarkən, növbəti ildə 1.61 mln. manata endirilib. Bu da ikiqat azalmadır.
Bununla belə, 2021-ci il üzrə hesabatında 0.58 mln. manatlıq "fövqəladə zərər" kimi təsnifləşdirilmişdi. Şirkət 2022-ci ildə 0.44 mln. manat xalis mənfəət əldə edib.
"İnteqral" QSC-nin 1 yanvar 2023-cü il tarixinə 0.445 mln. manat xalis aktivləri olub.

Xəbərlər     Tarix: 03 iyul 2024

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

ünyanın ən zəngin idmançıları

iqtisadi xeberler iqtisadiyyat xeberleri telefonla pul qazanmaq rubl mezenne bitkoin