Ötəni il "Azərbaycan İnvestisiya Şirkəti" baxdığı 62 investisiya layihəsindən - 5-Nİ TƏSDİQ EDİB

Ötəni il "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair məlumat yayımlanıb.
FED.az bildirir ki, məlumatda qeyd edilib ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ)   2021-ci ili uğurla yekunlaşdırıb.
Eləcə də bax: SOCAR və 3 şirkətinn maliyyə nəticələri yaxşılaşıb - MİKAYIL CABBAROV
İl ərzində şirkət tərəfindən əsaslı institusional yeniliklər həyata keçirilib. Buraya biznes proseslərinin təkmilləşdirilməsi vasitəsilə əməliyyat effektivliyinin artırılması, şirkətdə risklərin idarə olunması və komplayns nəzarətinin əsaslı təşkili, layihələrin qiymətləndirilməsi üzrə ikili nəzarətin tətbiqi, maliyyə və vergi uçotu hesabatlığının təkmilləşdirilməsi daxildir. Həmçinin, cari ildə şirkətin yeni investisiya strategiyası və risklərin idarə olunması siyasəti hazırlanıb, təşkilati struktur yenilənib.
2021-ci ildə AİŞ-in sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər.
AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi,  13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür. Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən "Balacans Agro Food" MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.  
Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlili və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.  
Məlumatda qeyd edilib ki, 2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, AİŞ yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub,  yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin "JTA International", İtaliyanın "Casillo Group", Çexiyanın "CzechTrade" və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ tərəfindən xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də  əhəmiyyətli işlər görülüb. Belə ki, portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri  tətbiq edilib, habelə  daha səmərəli əməliyyat modelinin qurulması  və korporativ idarəetmə standartlarının tədbiq edilməsində sahibkarlara dəstək göstərilib. 
AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və  qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat  naziri cənab Mikayıl Cabbarovdur.

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri