Ovannisyan: "İndi bizim faciəmiz Qarabağ mövzusu deyil, narkotiklərin geniş yayılmasıdır"
"Ermənistanda, İrəvanda Qarabağ mövzusundan sonra bəlkə də ən kütləvi, ən faciəli məsələ narkotiklərin yayılmasıdır".
KONKRET.az xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun təsisçisi Vahe Ovannisyan yazıb.
O, öz məqaləsində vurğulayıb ki, on minlərlə ailədə uşaqları məktəbə, tələbələri universitetlərə göndərdikləri üçün bu mövzu aktual olaraq müzakirə olunur: "Valideynlər çox narahatdırlar. Çünki elə hey danışırıq, amma mövzu gündəmə çevrilmir və hökumətin qarşısına qoyulmur, ictimai etiraz mövzusuna çevrilmir.
İrəvan seçkilərində 14 namizədin hamısı bu sualla üzləşməli olacaq: bu vəziyyətin səbəbi nədir və onlar hansı həll yollarını görürlər? Bəlkə buna normal yanaşan siyasi qüvvələr var? Vəziyyət niyə birdən-birə bu qədər idarəolunmaz dərəcədə təhlükəli oldu?".
V.Ovannisyan daha sonra yazır: "Əslində Ermənistanı daxildən və xaricdən öldürənlər çox bacarıqla işləyirlər. Müharibələrdən və məğlubiyyətlərdən sonra ruhdan düşmüş, qeyri-müəyyənlikdə olan cəmiyyətlər narkotiklərin ölümcül tələsinə asanlıqla düşürlər. Daimi sərhəd gərginliyi və Qarabağda baş verənlər fonunda, xüsusən də stressi ən çox çəkən gənclər cəbhə xəttində zərbənin ağır yükünü daşıyaraq, yenidən bizim ən təhlükə altında olan təbəqəmizə çevrilirlər.
Şəhərdə hər döngədə baş verən dəhşətli avtomobil qəzaları, paytaxtda müəyyən reputasiyaya malik məhəllələrdə "qaranlıq ləkələr"in formalaşması, İrəvan təhsil ocaqlarında narkotiklərin dövriyyəsi haqqında aramsız məlumatlar, silahlı qarşıdurmalar sizcə təsadüfdürmü?".
Sevinc Paşayeva,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Startup nədir və necə olur?
Cash Back nədir?
Biznesə aid ən yaxşı 10 kitab
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Elon Musk kimdir?