Özbəkistan şirkəti Azərbaycana 93 milyon manat investisiya yatıracaq

Özbəkistan şirkəti Azərbaycana 93 milyon manat investisiya yatıracaqÖzbəkistana məxsus "Tukımachı Sanoat Tekstıl" MMC Azərbaycanda 5 müəssisənin yaradılmasına 92,5 milyon manat investisiya yatıracaq.
Azərbaycanda 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib
FED.az xəbər verir ki, bu gün bununla bağlı İmişlidə müqavilə imzalanıb.
Müqaviləyə İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və "Tukımachı Sanoat Tekstıl"in Azərbaycanda yaratdığı "TST Textile Group" MMC-nin rəhbəri Rahib İsayev imza atıb. Sənəd İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, İmişlidə yerləşən aqroparkın 5 826 hektar təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsini nəzərdə tutur.
Şirkət ilkin olaraq 28,7 milyon manat investisiya qoyaraq ərazidə pambıq sahəsi salacaq, 2025-2029-cu illərdə isə pambıq emalı zavodu, iplik, toxuculuq və tikiş fabrikləri, həmçinin pambıq yağı zavodu quracaq. Pambıq emalı və yağı zavodları aqroparkın, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihənin icrası nəticəsində 1 130 yeni iş yerinin yaradılması planlaşdırılır.
Müəssisələrin yaradılmasına özəl kapitalla yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da vəsait ayıracağı gözlənilir. Beləliklə, ölkədə pambıqçılıq sahəsində ilk dəfə Özbəkistan təcrübəsi əsasında klasterləşmə formalaşacaq. (Report)

İnvestisiya     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler