Pakistan növbəti aylarda Azərbaycanla yeni investisiya layihələrinin hazırlanacağını elan edib

Pakistan növbəti aylarda Azərbaycanla yeni investisiya layihələrinin hazırlanacağını elan edibPakistan Azərbaycanla qarşılıqlı ticarətin artırılmasında və bir sıra sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Pakistan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə şirkət yaradıb
FED.az xəbər verir ki, bu barədə Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq planları tərəflərin ticarət dövriyyəsinin inkişafına marağını artırır. "İnvestisiya və bank layihələrinin hazırlanması baxımından top bizim tərəfimizdədir", - o qeyd edib.
M.Auranqzeb Azərbaycanla Pakistan arasında hələ də lazımi səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. "Biz informasiya texnologiyaları və mədən sənayesi sahələri də daxil olmaqla qarşılıqlı ticarəti bir neçə dəfə artıra bilərik", - o qeyd edib.
M.Auranqzeb vurğulayıb ki, Pakistan Azərbaycanla neft-qaz və bank sahələrində də əməkdaşlıqda maraqlıdır. Yaxın 3-4 ay ərzində bu sahələrdə bir neçə real investisiya layihəsi hazırlanacaq.
Maliyyə nazirinin sözlərinə görə, Pakistandan Azərbaycana turist axını artmaqda davam edir. O, yaxın gələcəkdə turist kimi Azərbaycana gəlmək istədiyini diqqətə çatdırıb.
"Bakıya ilk dəfədir gəlmişəm. Bu, çox gözəl şəhər və gözəl ölkədir. Mən turist kimi bura qayıtmağa ümid edirəm", - o bildirib. (Report)

İnvestisiya     Tarix: 14 noyabr 2024

Oxşar xəbərlər

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

"Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar". Azərbaycanda

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"

Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir. xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib. Dövlət başçıs

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i


iqtisadi xeberler bitcoin leobank kart biznes ideyalari bitcoin qiymeti