"PAŞA Bank"ın tərəfdaşlığı ilə keçirilən "Best Managed Companies Azerbaijan 2024" biznes müsabiqəsinin qalibləri elan olundu

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın tərəfdaşlığı və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə keçirilən "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsi başa çatıb.
May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə, "Araz Supermarketlər şəbəkəsi", "Azerconnect Group", "Bridge Group of Companies", "Embawood" və "Metak" şirkətləri müsabiqənin qalibləri seçilərək, qlobal biznes icmasının üzvünə çevrilmək imkanı qazanıblar.
Təltifetmə mərasimində çıxış edən "PAŞA Bank"ın İdarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank özəl şirkətlər üçün bir sıra imkanlar və üstünlüklər yaradan "Best Managed Companies" layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Deloitte şirkəti ilə uğurlu tərəfdaşlıq edir.
"Bank adından böyük qürur hissi ilə "Best Managed Companies" layihəsi çərçivəsində bu il uğur qazanan Azərbaycan şirkətlərini təbrik edirəm. Bu qalibiyyət sizin yeniliklərə açıq olduğunuzu və inkişafa sadiqliyinizi  nümayiş etdirir. Əminəm ki, layihənin qalibləri ilə yanaşı, bütün iştirakçıların müsabiqə ərzində qazandıqları praktiki tövsiyələr və biliklər onlara öz fəaliyyətlərini daha da genişləndirməyə və ən əsası yeni işgüzar əlaqələr quraraq, beynəlxalq biznes mühitinə inteqrasiya etməyə kömək edəcək", – deyə, Cavid Quliyev bildirib.
Deloitte Azərbaycanın İdarəedici partnyoru Nuran Kərimov bu müsabiqənin tərəfdaşlarına və iştirakçı şirkətlərə təşəkkürünü bildirərək, qeyd edib: "Azərbaycanda 20 ildən artıq dövr ərzində özəl və dövlət sektorunda təmsil olunan müştəri və tərəfdaşlarımızla milli sahibkarlığın güclənməsi üçün öz töhfəmizi verməkdəyik. Dünyanın ən böyük audit və konsaltinq xidmətləri göstərən firması olaraq biz, Azərbaycanın iqtisadi inkişafı istiqamətində üzərimizə düşən vəzifəni yaxşı anlayırıq. Hesab edirik ki, "Best Managed Companies" biznes müsabiqəsi Azərbaycan hökumətinin özəl sahibkarlığın inkişaf strategiyasına dəstək siyasətinə uyğun bir fürsətdir. "Best Managed Companies" proqramının mühüm özəlliyi şirkətin rəhbərinin fərdi nailiyyətini deyil, ümumi biznes nəticələrini və dayanıqlı inkişafı dəyərləndirir."
Qeyd edək ki, "Best Managed Companies" layihəsi Deloitte şirkəti tərəfindən 30 il ərzində 46 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır. / banker.az

Banklar     Tarix: 31 may 2024

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq