"PAŞA Malls" MMC-nin nizamnamə kapitalı kəskin artırılıb
"PASHA Holding" MMC-nin tərkibində olan "PAŞA Malls" MMC-nin (PASHA Malls) nizamnamə kapitalı kəskin artırılıb.
FED.az xəbər verir ki, "PAŞA Malls" MMC-nin nizamnamə kapitalı 100 manatdan 2 milyon 814 min 776.5 manatadək artırılıb.
"PAŞA Malls" MMC kimi 29.09.2021-ci ilin sentyabrında qeydiyyata alınıb. Qanuni təmsilçisi Süleyman Yaman Sahındır.
Hüquqi ünvanı Az1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ev 153-də yerləşir.
Ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşməkdədir.
Qrupun portfelinə Bakının imzası və yeganə lüks ticarət mərkəzi olan – Port Baku Mall; Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında ilklərdən olan - Dəniz Mall; Ölkənin ilk ticarət mərkəzlərindən biri - 28 Mall; Ən böyük beynəlxalq və yerli brend miks destinasiyası - Gənclik Mall; Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall; Şəhərdən kənarda yerləşən, alış-veriş və əyləncə üçün sevimlilərdən biri olan - Şüvəlan Park; Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi - Gəncə Mall daxildir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?