"PASHA Holding"in törəməsində - TƏYİNAT
"PASHA Holding" MMC-nin bir il öncə təsis etdiyi "PAŞA Management Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə direktoru təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, ADA Universitetinin müəllimi olan Elvin Əlizadədir.
O, sentyabrdan etibarən bu vəzifənin icrasına başlayıb.
Əlizadə indiyə qədər ana şirkət "PASHA Holding"in əməkdaşı idi. Həmçinin, Xəzər və Qərb universitetlərində müəllim kimi çalışıb.
"PAŞA Management Company" MMC 2021-ci ilin sentyabrında yaradılıb və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkətin Baş direktoru isə "PASHA Holding"in rəhbəri (CEO) olan Cəlal Qasımov Ələkbər oğludur.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes nədir?
Shopify-da necə satışa başlamaq olar?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri