"PASHA Holding"in "Umico"su Azərbaycanın taksi bazarına daxil olur
"PASHA Holding" MMC Azərbaycanın taksi bazarına daxil olur.
Banker.az xəbər verir ki, şirkətin törəməsi "Umico" (Competo MMC) Ukraynaının "Uklon" taksi şirkəti ilə əməkdaşlığa başlayır.
Bununla da xarici kapitallı taksi şirkətlərinin sayı 5-ə yüksəlib.
"Umico Azərbaycana yenicə gəlmiş Ukraynanın tanınmış onlayn taksi xidməti ilə tərəfdaşlığa başlayır"- deyə, Umico-nun açıqlamasında bildirilir.
"Uklon Azərbaycan" MMC 2 fevral 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 (Port Baku iş mərkəzi) ünvanında 100000 dollar ilə dövlət qeydiyyatına alınıb.
"Umico" və ya "Competo" MMC-nin nizamnamə kapitalı təkcə bu il 30% artırılmaqla 62.38 mln manata yüksəldilib.
Xatırladaq ki, aprelin 29-da Türkiyədə keçirilən "TEKNOFEST" tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan "Trendyol" Azərbaycanın aparıcı biznes qrupu olan "PAŞA Holding" (Umico üzərindən) ilə müqavilə bağlayıb. "Trendyol" Qrupunun prezidenti Çağlayan Çetin bildirib ki, "Trendyol" özünün texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsini "PAŞA Holding"in Azərbaycan bazarında olan təcrübəsi ilə birləşdirəcək.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Shopify-da necə satışa başlamaq olar?
Biznes nədir və hansı növləri var?
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?