P&G, Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib - FOTOLAR
P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə Kommersiya Əməliyyatları üzrə Vitse-Prezident vəzifəsinə təyin olunub. Həmçinin. hazırda P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor vəzifəsinə təyinat olunub.
"Azərsun Holdinq"ə yeni baş inzibatçı - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə P&G-dən bildirilib.
36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara Fairy, Ariel, Pampers, Gillette, Oral-B, Head & Shoulders, Pantene, Safeguard, Old Spice və Always kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən Procter & Gamble şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.
Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan Değer Kurtaslanoğlu karyerasına 2000-ci ildə P&G Türkiyədə Regional Menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, P&G Türkiyə Müştərilərlə iş üzrə Qrup Meneceri, P&G Türkiyə Milli və Birbaşa Müştəriləri üzrə Direktor, P&G Türkiyə / Şimali Kipr Distribüter Əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb
Karyerasına 2005-ci ildə P&G Azərbaycan-da Regional Menecer kimi başlayan İrakli Qabriadze Qafqaz Distribüter Əməliyyatları Meneceri, Qafqaz Korporativ Treyd-Marketinq Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika Strategiya və Planlaşdırılması Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Direktoru, P&G Yaponiya Davamlı İnkişaf Lideri və Braun Direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?