"PMD Group" şirkətinə yeni rəhbər - TƏYİN EDİLDİ
"PMD Group" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə Ruslan Mikailov təyin edilib.
Dəyanət Sədullayev PAŞA Holding-də Aparat rəhbəri vəzifəsinə - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə MMC-dən bildirilib.
Xəbər verdiyimiz kimi şirkətin əvvəlki İdarə Heyətinin sədri Dəyanət Sədullayev 15 iyun 2023-cü il tarixindən etibarən PAŞA Holding-in rəhbərliyinə Aparat rəhbəri, İcraedici Komitənin üzvü vəzifəsinə qoşulmuşdur. "PMD Group" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə isə Ruslan Mikailov təyin edilmişdir. Ruslan Mikailov 2016-cı ildə "PMD Group" MMC-yə Maliyyə meneceri olaraq qoşulmuş, göstərdiyi liderlik bacarıqları və uğurlu fəaliyyəti nəticəsində 2018-ci ildən Baş maliyyə direktoru vəzifəsini icra etmişdir. O, PMD-də çalışdığı müddətdə təcrübəsi və maliyyə sahəsindəki geniş təcrübəsi sayəsində şirkətin mənfəəti və inkişafına önəmli töhfələr vermişdir.
Ruslan Mikailov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsilini tamamlamışdır. O, 2008-2013-cü illər ərzində Ernst&Young (EY) şirkətinin Azərbaycan ofisində çalışmış və Vergi xidmətləri üzrə menecer vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra isə fəaliyyətini Baku Hotel Company-də Maliyyə direktorunun müavini olaraq davam etdirmişdir. Ruslan Mikailov, həmçinin, Harvard Biznes Məktəbinin rəhbər şəxslər üçün dizayn edilmiş müxtəlif ixtisasartırma proqramlarının məzunudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?