"Poz-Qazan" oyunlarında apreldə - 12 BÖYÜK UDUŞ QAZANILIB
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir.
Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurlu 7" lotereyası Xaçmazda Ülkər Bayramovaya 50 000 manat qazandıraraq uğur gətirib. "Uğurlu 7"də daha bir 10 000 manat Sabirabadda udulub. Saatlıda isə "Qızıl" lotereyasında 25 000 manat şanslı qalibini tapıb.
Novruza özəl limitli sayda satışa çıxmış "Papaq at" lotereyasında da düz 6 ədəd biletdə 10 000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Naxçıvan, Gəncə, Quba və Ağcabədidən alınıb. Qaliblər arasında İsrail İsmayılov və Xəqani Bayramov olub.
Ağcabədidə daha bir 10 000 manatlıq bilet "Bombardir"də Samir Balakişiyevin qismətinə çıxıb. "Zümrüd" lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə nəsib olub. Şəkidə isə "Şans yağışı" lotereyasında 10 000 manat qazanılıb.
Qeyd edək ki, "Poz-Qazan" oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Misli" və "Azərlotereya" satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt"dan sifariş vermək mümkündür. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?