Premyer Liqa: "Zirə" "Sumqayıt"la heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Zirə" 5-ci pillədə qərarlaşıb. İlk xalını qazanan "gənclik şəhəri" təmsilçisi 7 – 9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub – 1:2. III turun "Turan Tovuz" – "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə