Prezident Berri Sternlixi qəbul etdi

Prezident Berri Sternlixi qəbul etdiAzərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə "Starwood Capital Group" şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib.
KONKRET.az xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib.
Qonaq vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.
Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Neft Fondunun "Starwood Capital Group" şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirdi və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.
Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.
Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edildi, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Starwood Capital Group" 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.

Xəbərlər     Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri internetden pul qazanmaq kripto