Prezident ICAPP-ın Baş katibini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.
KONKRET.az xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.
Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək "Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edilib, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin