Prezident konfrans iştirakçılarına müraciət etdi

Prezident konfrans iştirakçılarına müraciət etdiPrezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən "Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.
ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır. ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər.
Beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır.
Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.
Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.
Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir.
Belə bir məqsədə xidmət edən fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Xəbərlər     Tarix: 22 noyabr 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq online pul qazanmaq birbank